Müştəri Xidmətləri:
+994 50 318 64 10E-poçt
info@smartst.azÜnvan:
Azərbaycan/ BakıMüştəri Xidmətləri:
+994 50 318 64 10E-poçt
info@smartst.azÜnvan:
Azərbaycan/ Bakı
Biz hidravlik sistemlər üçün mühəndis layihələrinin hazırlanması və konstruksiya sənədləşməsinin icrasını həyata keçiririk. Hazırlanan layihələr əsasında hidravlik avadanlıqların istehsalı və tətbiqi təmin olunur.
Hidravlik sistemlər üzrə texniki şərtlərin hesablanması, material və ehtiyat hissələrinin seçilməsi və təchizatı, eləcə də avadanlıqların yığılması xidmətlərimizə daxildir. Bütün layihələr “açar təslim” prinsipi ilə icra edilir.
Mühəndis komandamız layihə çərçivəsində aşağıdakı istiqamətlər üzrə texniki məsləhət və dəstək göstərir:
Yeni hidravlik sistemlərin və xətlərin layihələndirilməsi,
mövcud hidravlik sistemlərin optimallaşdırılması,
köhnəlmiş avadanlıqların modernizasiyası,
texniki uyğunluğun müəyyən edilməsi,
layihələrin iqtisadi əsaslandırılması.
Layihənin yekununda müştəriyə aşağıdakı sənədlər və nəticələr təqdim olunur:
tam mühəndis hesablamaları,
işçi çertyojlar,
ehtiyat hissələrinin siyahısı,
sınaqdan keçmiş və təsdiqlənmiş avadanlıq sertifikatı.
Kran sistemləri,
hidravlik sistemlər,
hidravlik avadanlıqlar üzrə tam modernizasiya və təmir xidmətləri göstərilir.